AZ | EN


Milli Müdafiə Universitetinin nümayəndələri “Redaktorluq Məktəbi” layihəsinin növbəti təlimində iştirak ediblər

Image

14 yanvar 2026-cı il tarixdə Milli Müdafiə Universiteti ilə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının (AƏSMA) birgə həyata keçirdiyi “Redaktorluq məktəbi” layihəsi çərçivəsində növbəti təlim keçirilib.

Təlimin əsas məqsədi Milli Müdafiə Universitetinin elmi nəşrlərinin beynəlxalq standartlara uyğunlaşdırılması, məqalələrin strukturlaşdırılması, elmi nəşrlərin keyfiyyətinin artırılması və jurnal idarəetmə prinsiplərinin praktik şəkildə öyrədilməsi olub.

Tədbir zamanı iştirakçılara elmi məqalələrin hazırlanması, təqdim olunması, istinad qaydaları, jurnalın elektron resursunun yaradılması və digər praktik tövsiyələr təqdim edilib.

Təlimdə Milli Müdafiə Universitetinin zabitləri, professor-müəllim heyəti, həmçinin “Milli təhlükəsizlik və hərb elmləri”, “Hərbi bilik” və “Elmi Əsərlər” jurnallarının redaksiya heyətləri iştirak ediblər.

Layihə üzrə AƏSMA-da fəaliyyət göstərən Davamlı İdentifikatorların Təminatına Dəstək Mərkəzi ilə Milli Müdafiə Universitetinin elmi jurnalları arasında Rəqəmsal Obyekt İdentifikatoru (DOİ) nömrələrinin təminatı və elmi nəşrlərin beynəlxalq səviyyədə tanıdılması istiqamətində aparılan uzunmüddətli əməkdaşlıqdan bəhs olunub, həmçinin əldə olunan bilik və təcrübənin gələcəkdə elmi nəşrlərin keyfiyyətinin artırılmasına töhfə verəcəyi vurğulanıb.

Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.








XƏBƏR ARXİVİ

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi