AZ | EN


Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecində “Sağlam gənclik – güclü gələcək” mövzusunda tədbir keçirilib

Image

Tədbir 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr edilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa edilib.

Tədbirdə Naxçıvan Hərbi Kollecinin rəisi, polkovnik Yaşar Hüseynov, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Canməmməd Canməmmədov, həmçinin kollecin müəllimi və kursantı çıxış edərək Azərbaycan Gəncləri Günü münasibətilə şəxsi heyəti təbrik edib, bu əlamətdar günün əhəmiyyətindən bəhs ediblər. Çıxışlarda Ulu Öndər Heydər Əliyevin 1997-ci ildə imzaladığı müvafiq fərmanla 2 Fevral tarixinin Azərbaycan Gəncləri Günü kimi təsis edilməsinin tarixi və ictimai-siyasi əhəmiyyəti xüsusi vurğulanıb.

Tədbir çərçivəsində Gəncləri Gününə həsr olunmuş videoçarx nümayiş edilib. Kursantlar tərəfindən vətənpərvərlik ruhunda şeir və musiqi nömrələri təqdim olunub.

Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkilib.








XƏBƏR ARXİVİ

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi