Hərbi müəllim vəzifələri üzrə sənəd qəbulu elan edilir!
17 İyul 2024

Hərbi müəllim vəzifələri üzrə sənəd qəbulu elan edilir!

Milli Müdafiə Universitetinin Bakı Hərbi Kollecində göstərilən fənlər / ixtisaslar üzrə vakansiyalar elan edilir:

- tərbiyəvi iş;
- motoatıcı taktikası;
- tank və zirehli texnika;
- hərbi topoqrafiya;
- KQSM;
- qoşun kəşfiyyatı;
- mühəndis-istehkam xidməti;
- artilleriya taktikası;
- raket və artilleriya silahları;
- rabitə və AİS xidməti;
- radio-texniki kəşfiyyat;
- HHM taktikası;
- aviasiya mühəndisliyi;
- avtomobil texnikasının istismarı;
- radio-elektron avadanlıqlar üzrə aviasiya mühəndisi;
- hərbi dəniz artilleriyası;
- elektronika mühəndisi;
- şturman;
- şturman mexanik;
- ərzaq xidməti;
- əşya xidməti;
- YSM xidməti.

   Tələblər:
- Müvafiq fənlər üzrə ali təhsil;
- Silahlı Qüvvələrin sıralarından ehtiyata buraxılmış zabitlər müraciət edə bilərlər.

   Zəruri sənədlər:
- Kadrlar uçotunun şəxsi vərəqəsi;
- Ali təhsili təsdiq edən sənədlərin surəti;

   Vakansiyalar üzrə müraciət etmək istəyən şəxslər mövzu bölməsində müvafiq vakansiyanın adını qeyd etməklə mmu@mod.gov.az  elektron poçt ünvanına müraciət edə bilərlər.
   Müraciətinizin təsdiqi barədə məlumat elektron poçtla sizə bildiriləcək. Təsdiq barədə məlumat əldə etmədiyiniz təqdirdə “Çağrı mərkəzi” (*0811) qısa nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.