ÜSTÜNLÜKLƏRİMİZ

FƏXR EDƏCƏYİNİZ GƏLƏCƏYİ SEÇ

MÜDAFİƏ NAZİRLİYİ

Ordu sıralarında xidmət etmək, müxtəlif karyera imkanları təmin edir və rəqabətli hərbçi kapitalını formalaşdırır. Hədəfimiz nəinki hərbi xidmətdə rəqabətli insan kapitalını formalaşdırmaqdır, həmçinin mülki sektorda inadlı rəqabət apara bilən mütəxəssislər yetişdirməkdir.

MÜDAFİƏ NAZİRLİYİ

Təhsil müddəti milli-mənəvi dərəyərlərimizə üstünlük verməklə müasir tətbiqi texnologiyalar, robototexnika, süni intellekt, kibertəhlükəsizlik, şəbəkə və sistem mütəxəssisi, elektronika, pilotlu və pilotsuz uçan aparat mütəxəssisləri, energetika və gəmi sürücülüyü kimi müasir və digər vacib sahələrdə ixtisaslaşmaq mümkündür.

MÜDAFİƏ NAZİRLİYİ

Təcrübə və bacarıqlarına uyğun olaraq ordunun şəxsi heyəti inkişaf etmiş ölkələrdə təhsil və karyera inkişafı əldə edə bilər. Suni intelekt, robototexnika və müasir texnoloji silah və silah sistemlərinin istismarı sahəsində Ordu sıralarında xidmət etmək bir sıra əhəmiyyətli üstünlüklər yaradır.