Milli Müdafiə Universitetinin Bakı Hərbi Kollecində göstərilən fənlər / ixtisaslar üzrə vakansiyalar elan edilir:
- Azərbaycan dili və ədəbiyyatı;
- tarix;
- ingilis dili;
- riyaziyyat;
- informatika;
- fizika;
- iqtisadçı;
- inşaat mühəndisi;
- mexanika mühəndisi.
Tələblər:
- Ali pedaqoji təhsil (müvafiq fənlər üzrə magistr ali elmi-ixtisas dərəcəsi olması üstünlük təşkil edir);
- Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin işə qəbulu(MİQ), diaqnostik qiymətləndirilməsi və ya sertifikatlaşdırması imtahanlarında 70% və daha yüksək nəticə (iqtisadçı, inşaat mühəndisi, mexanika mühəndisi ixtisasları istisna olmaqla);
- Tədris prosesində müasir metod və texnologiyalardan istifadə bacarığı;
- Yüksək kommunikasiya bacarığı.
Zəruri sənədlər:
- Kadrlar uçotunun şəxsi vərəqəsi;
- Ali təhsili təsdiq edən sənədlərin surəti;
- Müəllimlərin işə qəbulu(MİQ), diaqnostik qiymətləndirilməsi və ya sertifikatlaşdırma imtahanları üzrə nəticəni təsdiq edən sənəd.
Qeydiyyatdan keçmək istəyən şəxslər mmu@mod.gov.az elektron poçt ünvanına tələb olunan sənədləri təqdim edərək mövzu bölməsində müvafiq vakansiyanın adını qeyd etməklə müraciət edə bilərlər.
Müraciətinizin təsdiqi barədə elektron poçt vasitəsilə Sizə məlumat veriləcəkdir.
Təsdiq barədə məlumat əldə etmədiyiniz təqdirdə “Çağrı mərkəzi” (*0811) qısa nömrəsi ilə əlaqə saxlamağınız xahiş olunur.