AZ | EN

Milli Müdafiə Universitetinin təhsil müəssisələri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş şahmat yarışı keçirilib

Image

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Hərbi İdarəetmə İnstitutunda Milli Müdafiə Universitetinin tabeliyində olan təhsil müəssisələrinin iştirakı ilə şahmat yarışı keçirilmişdir. Hərbi qulluqçuların analitik və tənqidi düşünmə, qərar qəbuletmə, təşəbbüs götürmə, strategiya və taktika qurma kimi bir çox vacib bacarıqlarını inkişaf etdirməyə, bölmələr arasında yarışma ruhunu və rəqabət hissini artırmağa, həmçinin əməkdaşlıq və dostluq əlaqələrini möhkəmləndirməyə xidmət edən bu yarışda Milli Müdafiə Universiteti qərargahının, Hərbi Elmi Tədqiqat İnstitutunun, Hərbi İdarəetmə İnstitutunun, Heydər Əliyev adına Hərbi İnstitutun, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin, Hərbi Tibb Fakültəsinin, Bakı Hərbi Kollecinin, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin və xüsusi intellektual bölmələrin gənc əsgərlərdən ibarət komandaları mübarizə aparıblar.
Yüksək mübarizə şəraitində keçən yarışın qalibi Heydər Əliyev adına Hərbi İnstitutun komandası olmuşdur. II yeri Hərbi Tibb Fakültəsi, III yeri Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi tutmuşdur.
Fərdi nəticələr:
1-ci masa birincisi - tibb xidməti kapitanı Ağayev Emin Əli oğlu, Hərbi Tibb Fakültəsi;
2-ci masa birincisi - tibb xidməti baş leytenantı Cavadov Ağanur Ağamir oğlu, Hərbi Tibb Fakültəsi;
3-cü masa birincisi - kursant Əmirov Uran Öcan oğlu, Heydər Əliyev adına Hərbi İnstitut;
4-cü masa birincisi – kursant Neymətli Rövşən Səyyad oğlu, Heydər Əliyev adına Hərbi İnstitut.
Bağlanış mərasimində Hərbi İdarəetmə İnstitutunun rektoru polkovnik Elnur Ələsgərli çıxış edərək tədbirin Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr edildiyini, onun qayğısı nəticəsində Azərbaycan şahmat məktəbinin inkişaf etdiyini və dünyada layiqli yer tutduğunu, hazırda dünya miqyasında tanınmış çox sayda kişi və qadın şahmatçılarımızın olduğunu qeyd edib.
Daha sonra şahmatı dərindən öyrənmənin hərb sənətinin inkişafına və hərbi qulluqçuların xidməti fəaliyyətinə verə biləcəyi töhfələrdən danışıb, bu cür zehni inkişaf etdirən yarışların davamlı keçirilməsinin və bir ənənəyə çevrilməsinin vacibliyini vurğulayıb. Yekunda qaliblər müvafiq mükafatlar və diplomlarla təltif olunublar.
Yarışı I dərəcəli şahmat ustası, hakim Xəlilbəyov Sabirbəy Zahir oğlu idarə edib.









XƏBƏR ARXİVİ

«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi