AZ | EN

Türkiyə Milli Müdafiə Universitetinin rəhbər heyəti Heydər Əliyev adına Hərbi Liseyi və Naxçıvan Hərbi Kollecini ziyarət ediblər

Image

Türkiyə Milli Müdafiə Universitetinin (MMU) rektoru, professor Erhan Afyoncu və onu müşayiət edən nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında yerləşən Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi Liseyi və Naxçıvan Hərbi Kollecini ziyarət ediblər.
Ziyarət çərçivəsində qonaqlara təhsil və təlim prosesi, infrastruktur və maddi-texniki baza haqqında ətraflı məlumat verilib.
Sonra qonaqlar hər iki təhsil müəssisəsində kursantların tədris fəaliyyəti və sosial-məişət şəraiti ilə tanış olublar.
Ziyarətin sonunda professor Erhan Afyoncu hər iki təhsil müəssisəsinin xatirə kitabına ürək sözlərini yazıb və şəkillər çəkilib.
Bu ziyarət iki qardaş ölkə arasında hərbi təhsil sahəsində əməkdaşlığın strateji əhəmiyyətini bir daha təsdiqləyir və gələcəkdə birgə layihələrin uğurla həyata keçirilməsinə güclü zəmin yaradır.








XƏBƏR ARXİVİ

«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi