AZ | EN

Milli Müdafiə Universitetinin rektoru Naxçıvanda keçirilən “Kiber Suverenlik” konfransında iştirak edib

Image

Milli Müdafiə Universitetinin rektoru “Konstitusiya və Suverenlik İli” çərçivəsində Naxçıvanda keçirilən “Kiber Suverenlik” konfransında iştirak edib.

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Naxçıvanda “Kiber Suverenlik” konfransı keçirilib. Tədbirdə dövlət qurumları, ali təhsil müəssisələri, yerli və beynəlxalq İT mütəxəssisləri iştirak edib.

Konfransda kibersuverenliyin milli təhlükəsizlikdə rolu, kadr potensialının formalaşdırılması və kritik informasiya infrastrukturunun qorunması mövzuları ətrafında müzakirələr aparılıb. Kibertəhlükələrə qarşı effektiv strategiyalar və insan faktorunun əhəmiyyəti vurğulanıb.

Milli Müdafiə Universitetinin rektoru, general-mayor Gündüz Əbdülov “Kibertəhlükəsizlik sahəsində kadr potensialı” panelində çıxışı zamanı, Rəqəmsal Orduya keçid dövründə genişlənən rəqəmsal mühit fonunda artan kibertəhlükələrə qarşı dayanıqlı müdafiə sistemlərinin qurulması üçün peşəkar kadr hazırlığının ən prioritet məsələ olduğunu və Milli Müdafiə Universitetinin bu istiqamətdə ölkədaxili və ölkə xaricində mütəxəssislərin hazırlanmasına xüsusi önəm verdiyini qeyd edib.

150-dən çox nümayəndənin iştirak etdiyi konfrans panel müzakirələrlə davam edib.








XƏBƏR ARXİVİ

«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi