AZ | EN


Milli Müdafiə Universitetinin rektoru Naxçıvan şəhərində yerləşən Heydər Əliyev adına Hərbi Lisey və Naxçıvan Hərbi Kollecində olmuşdur

Image

Milli Müdafiə Universitetinin rektoru Naxçıvan şəhərində yerləşən Heydər Əliyev adına Hərbi Lisey və Naxçıvan Hərbi Kollecində olmuşdur.

Universitetin rektoru general-mayor Gündüz Əbdülov hərbi təhsil müəssisələrinin tədris prosesi, maddi-texniki təminatı, təlim-metodiki bazası və ümumi infrastruktur vəziyyətini yerində tanış olmuş, təlimlərin praktiki məşğələlərin intensivliyinin artırılması, müasir pedaqoji və texnoloji yanaşmaların tətbiqi, eləcə də tədris prosesinin effektivliyinin yüksəldilməsi ilə bağlı tapşırıqlar vermişdir.

O, həmçinin hərbi təhsilin keyfiyyətinin artırılması, kursantların hərtərəfli inkişafı və peşəkar hazırlığının təmin edilməsi istiqamətində qarşıda duran əsas vəzifələri diqqətə çatdırmışdır.








XƏBƏR ARXİVİ

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi