Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrində “28 May – Müstəqillik Günü” münasibətilə tədbirlər keçirilib

Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrində “28 May – Müstəqillik Günü” münasibətilə bir sıra tədbirlər keçirilib
Tədbirlər zamanı 28 May tarixinin Azərbaycan xalqının azadlıq uğrunda apardığı mübarizənin, istiqlal iradəsinin və milli qürurunun simvolu olduğu xüsusi vurğulanıb.
Bildirilib ki, bu gün xalqımızın dövlətçilik tarixində müstəsna mənəvi və siyasi əhəmiyyətə malikdir.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir” fikri xatırlanaraq, bu müdrik kəlamın müstəqil dövlətimizin inkişafında oynadığı rola diqqət çəkilib.
Çıxış edənlər qeyd ediblər ki, Azərbaycan Respublikasının milli müdafiə qabiliyyətinin daha da gücləndirilməsi üçün hərbi qulluqçuların və kursantların yüksək nizam-intizama, vətənpərvərliyə, əzmkarlığa və xidmətə sədaqətlə sahib olmaları mühüm əhəmiyyət daşıyır.
Vətənə xidmətin ən ali dəyər və ən şərəfli vəzifə olduğu vurğulanaraq, şəxsi heyətə və bütün kollektivə bu məsuliyyətli və şərəfli missiyada uğurlar arzulanıb.