AZ | EN

Milli Müdafiə Universiteti tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecində “15 İyun Milli Qurtuluş Gününün tarixi əhəmiyyəti” adlı tədbir keçirilib

Image

Əvvəlcə Ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirlə əlaqədar olaraq Milli Müdafiə Universitetinin rektorunun elm üzrə müavini - Hərbi Elmi Tədqiqat İnstitutunun rektoru general-mayor Arif Həsənov Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbərliyinin və Milli Müdafiə Universitetinin rektorunun 15 İyun Milli Qurtuluş Günü ilə əlaqədar təbriklərini iştirakçılara çatdırıb. Daha sonra isə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Polis məktəbinin rəisi, polis polkovniki Kamil Məmmədəliyev, Naxçıvan Hərbi Kollecinin rəisi, polkovnik-leytenant Yaşar Hüseynov çıxış etmişlər.

Tədbirdə qonaq qismində Naxçıvan Muxtar Respublikasının Daxili işlər nazirliyinin Polis məktəbinin kursantları və Heydər Əliyev adına Hərbi Liseyin kursantları iştirak etmişlər.

Sonda tədbirlə əlaqədar videoçarx nümayiş olunub və qonaqlarla xatirə şəkli çəkilib.








XƏBƏR ARXİVİ

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi