AZ | EN


2025–2026-cı tədris ilində Heydər Əliyev adına Hərbi İnstituta qəbul olunmuş Azərbaycan Respublikasının qadın cinsli vətəndaşları da ilk dəfə olaraq Hərbi And içmişlər

Image

Bu mühüm hadisə ölkəmizin dövlətçilik tarixində xüsusi yer tutur və Azərbaycan Ordusunun inkişafında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən ali hərbi təhsil müəssisələrində təhsil alacaq qadın kursantların hərbi and içməsi, dövlətimizin gender bərabərliyi prinsiplərinə sadiqliyinin, müasir ordu quruculuğu siyasətinin və milli dəyərlərə sədaqətinin bariz təzahürüdür.

Tarix boyu Azərbaycan xanımları dövlətçiliyimizin möhkəmləndirilməsi, xalqımızın milli-mənəvi dəyərlərinin qorunması və Vətənin müdafiəsi işində fəal iştirak etmişlər.

Bu gün onların qalib Azərbaycan Ordusunun sıralarında hərbi xidmətə cəlb olunması, zabit adını daşımaq imkanına sahib olmaları dövlətimizin inkişafı və cəmiyyətimizin tərəqqisi baxımından qürurverici haldır.

Azərbaycan qadınının Vətən keşiyində bir hərbçi kimi dayanması dövlətin müdafiə qüdrətini daha da artırır, ordumuzun peşəkarlığının yüksəldilməsinə və milli təhlükəsizliyimizin möhkəmlənməsinə mühüm töhfə verir.

Onların seçimi fəxr ediləcək gələcəklə bərabər, dövlət təminatlı karyerada yüksəlişə aparan şərəfli yoldur.

Bu, dövlətimiz və xalqımız üçün qürurlu, tarixi hadisədir.

Qadın kursantlarımızı təbrik edir, çətin və şərəfli yolda uğurlar arzulayırıq!








XƏBƏR ARXİVİ

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi