AZ | EN

İran İslam Respublikası Ali MMU-nun nümayəndə heyəti ölkəmizə səfər edib

Image

İran İslam Respublikası Ali MMU-nun nümayəndə heyəti ölkəmizə səfər edib.

Əvvəlcə İran nümayəndə heyəti Zəfər parkını ziyarət edib, Zəfər abidəsinin önünə əklil qoyub.

Sonra qonaqlar Şəhidlər xiyabanını ziyarət edib, əklil və gül dəstələri qoyaraq Vətən uğrunda şəhid olanların xatirələrinə dərin ehtiram nümayiş etdiriblər.

Azərbaycan Respublikası MMU-nun rektoru general-mayor Gündüz Əbdülov İran İslam Respublikası Ali MMU rektorunun təlim və təhsil üzrə müavini ikinci dərəcəli kontr-admiral Cavad Dadaşzadənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Geniş tərkibdə keçirilən görüşdə qonaqlara MMU-nun yaranma tarixi, təhsil sistemi və əsas fəaliyyət istiqamətləri ilə bağlı brifinq təqdim olunub. Azərbaycan Ordusunda hərbi təhsil sahəsində həyata keçirilən islahatlar və bu sahədə əldə olunan uğurlu nəticələr barədə ətraflı məlumat verilib.

Sonra İran nümayəndə heyəti MMU-nun tabeliyində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunda olub. İnstitutun rektoru polkovnik Elnur Əsgərli təhsil ocağının fəaliyyəti barədə geniş məlumat verib.

Səfər çərçivəsində iranlı qonaqlar, həmçinin MMU-nun Cəmşid Naxçıvanski adına Hərbi Liseyində də olublar.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Cəmşid Naxçıvanskinin liseyin ərazisindəki abidələri ziyarət olunub. İran nümayəndə heyəti liseyin ərazisindəki muzeydə Ulu Öndərin həyat və siyasi fəaliyyətini əks etdirən fotostendlə tanış olub, xatirə kitabına ürək sözlərini yazıb.

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi, Vətən Müharibəsi Qəhrəmanı polkovnik Anar Mirzəyev qonaqlara liseyin təhsil sistemi barədə məlumat verib.

Keçirilən görüşlərdə elm və təhsil sahəsində əməkdaşlığın perspektivləri, ölkələrimiz arasında hərbi təhsilin daha da inkişaf etdirilməsi istiqamətində qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb, qonaqları maraqlandıran suallar cavablandırılıb.








XƏBƏR ARXİVİ

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi