AZ | EN

Azərbaycan Ordusunda Müstəqilliyin Bərpası Günü qeyd olunub - VİDEO

Image

18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib.

Tədbirlərdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətinin qurulması və inkişafında misilsiz xidmətlərindən, müstəqilliyimizin qorunub saxlanılması istiqamətində atdığı qətiyyətli addımların tarixi əhəmiyyətindən danışıblar. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Ümummilli Liderin strateji kursunun yüksələn istiqamətdə, müasir dövrün reallıqları nəzərə alınaraq uğurla davam etdirilməsi nəticəsində müstəqilliyimizin daha da möhkəmləndirildiyi, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğu xüsusi vurğulanıb. 

Prezident İlham Əliyevin uzaqgörən müdrik siyasəti sayəsində Azərbaycanda dayanıqlı inkişafın təmin olunduğu, dünyəvilik prinsiplərinin qorunduğu, ölkəmizin beynəlxalq aləmdə söz və nüfuz sahibi olduğu tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Tədbirlər çərçivəsində vətənpərvərlik mövzusunda sənədli filmlər, videoçarxlar və bədii kompozisiyalar təqdim edilib, şəhidlərimizin məzarları və tarix muzeyləri ziyarət olunub.








XƏBƏR ARXİVİ

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi