AZ | EN


Qoridə Azərbaycan, Gürcüstan və Türkiyə MMU-larının rəhbər heyətləri görüşüb

Image

Gürcüstanın Qori şəhərində Azərbaycan, Gürcüstan və Türkiyə Milli Müdafiə universitetlərinin rəhbər heyətləri arasında üçtərəfli görüş keçirilib.

LEPL – David Ağmaşenebeli adına Milli Müdafiə Akademiyasında keçirilən görüşdə Azərbaycan nümayəndə heyətinə Milli Müdafiə Universitetinin rektorunun Elm və Təhsil üzrə müavini general-mayor Arif Həsənov rəhbərlik edib.

Üçtərəfli görüşdə hərbi təhsil sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi, birgə elmi layihələrin həyata keçirilməsi və peşəkar hərbi qulluqçuların hazırlığında təcrübə mübadiləsinin gücləndirilməsinə dair geniş fikir mübadiləsi aparılıb.

Müasir hərbi tədris metodlarının tətbiqi məsələlərinin də müzakirə edildiyi görüşdə qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.

LEPL-də yaradılan şəraitlə tanışlıqdan sonra nümayəndələr hər üç ölkənin kursantları arasında müxtəlif idman növləri üzrə təşkil edilən yarışlarda iştirakçılara uğurlar arzulayıblar.

Sonda qaliblərə mükafatlar təqdim olunub.








XƏBƏR ARXİVİ

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi