AZ | EN

Metrostansiyada baş vermiş hadisənin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib

Image

"Ulduz" və "Nərimanov" metrostansiyaları arasında baş vermiş faciəli hadisənin 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəhbər həyəti və kursantları iştirak edib.

İlk olaraq, Fəxri Xiyabanda faciə qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq əklil və gül dəstələri qoyulub, onların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra tədbir "Ulduz" metrostansiyasında davam edib. Burada çıxış edənlər hadisə zamanı qəhrəmanlıq göstərərək mülki şəxsləri xilas edən, həmin dövrdə Hərbi Liseyin zabiti olmuş Milli Qəhrəman Çingiz Babayevin, Hərbi Liseyin kursantları Samir Məmmədovun, Ruslan İsayevin və Nicat Səfərovun şücaətindən söz açaraq 30 il əvvəl baş vermiş dəhşətli hadisənin şahidi kimi gördükləri, yaşadıqları hissləri bölüşüb, o günün ağrısı, həmçinin faciə zamanı göstərilən insanlıq və fədakarlıq nümunələri xatırlanıb.

Tədbirin növbəti hissəsi faciə qurbanlarının yaxınları və "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin bir qrup səxsi heyətinin iştirakı ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə davam edib.

İlk öncə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə Hərbi Liseyin rəisi polkovnik Anar Mirzəyev və Milli Qəhrəman Çingiz Babayevin bacısı Aida Babayeva çıxış edərək faciə haqqında danışıb və gənc nəslin belə hadisələri unutmaması, vətənə və xalqa sədaqət ruhunda tərbiyə olunmasının vacibliyini vurğulayıblar.

Daha sonra Hərbi Liseyin kursantları tərəfindən faciə zamanı xalqımızın birliyini, xilasetmə zamanı göstərilən qəhrəmanlığı əks etdirən səhnəcik nümayiş etdirilib.








XƏBƏR ARXİVİ

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi