Milli Müdafiə Universitetinin alimləri İran İslam Respublikasında səfərdə olublar
Milli Müdafiə Universitetinin nümayəndə heyəti İran İslam Respublikasının Silahlı Qüvvələrinin Ali Milli Müdafiə Universitetində olub. Əvvəlcə nümayəndə heyəti ilə Ali Milli Müdafiə Universiteti rektorunun birinci müavini general-mayor Xosrov Gülhəsəni, tədris işləri üzrə müavini, ikinci dərəcəli kontr-admiiral Cavad Dadaşzadə və elmi tədqiqatlar üzrə müavini briqada generalı Baqeri ilə görüş keçirib.
Plana əsasən həmin gün nümayəndələr Hərbi İdarəetmə məktəbində olub. Onlar Müqəddəs Müdafiə Müzeyi (İraq-İran müharibəsinin eksponatlarının sərgisi) ilə tanış olublar.
Daha sonra nümayəndələr İran İslam Respublikasındakı səfirliyinə gələrək Ümummilli Lider Heydər Əliyevin büstü önünə əklil qoyub, səfir Əli Əlizadə ilə görüşüb burada Hərbi Attaşelik Aparatı ilə tanış olublar.
Səfərin növbəti günü nümayəndələr İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin muzeyinə gəlib. Burada sərgilənən eksponatlar barədə qonaqlara məlumat verilib.
Sonra qonaqlarla İran İslam Respublikasının İslam Şurası Məclisinin (Parlament) Tədqiqatlar Mərkəzində də görüş keçirilib. Görüşdə Mərkəzin strukturuna daxil olan və müxtəlif sahələr üzrə tədqiqat aparan departamentin nümayəndələri iştirak ediblər.











