AZ | EN


Naxçıvan Hərbi Kollecində “Zəfər addımları” adlı idman, zəka və intellektual oyunlar keçirilib

Image

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecində Konstitusiya və Suverenlik ili çərçivəsində "8 Noyabr – Zəfər Günü"nün beşinci ildönümünə həsr olunmuş “Zəfər addımları” adlı idman, zəka və intellektual oyunlar təşkil edilib.

Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi ilə birgə təşkil olunan yarışlarda Hərbi Kollecin I və II kursunda təhsil alan kursantlar iştirak ediblər.

Yarışların əsas məqsədi kursantlarda vətənpərvərlik ruhunu möhkəmləndirmək, fiziki və zehni hazırlığı artırmaq, komanda ruhunu və liderlik bacarıqlarını inkişaf etdirmək olub.

Layihə çərçivəsində turnikdə dartınma, 100 metr məsafəyə qaçış, qol güləşi, stolüstü tennis, mini futbol, voleybol, şahmat, mangala, barikat və intellektual yarışlar üzrə qaliblər müəyyənləşdirilib.

Yekunda fərqlənən kursantlar Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi və Hərbi Kollec rəhbərliyi tərəfindən diplom, fəxri fərman və hədiyyələrlə təltif olunublar.

“Zəfər addımları” layihəsi kursantlarda Azərbaycan Ordusunun qəhrəmanlıq ənənələrini və Zəfər Gününün mənəvi dəyərlərini yaşatmaq məqsədinə xidmət edib.








XƏBƏR ARXİVİ

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi