AZ | EN


"Strateji araşdırmalar və dövlət müdafiəsi idarəetmə akademik kursu"nun dinləyiciləri Dövlət Sərhəd Xidmətinin Akademiyasını ziyarət edib

Image

Milli Müdafiə Universiteti tabeliyində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunun "Strateji araşdırmalar və dövlət müdafiəsi idarəetmə akademik kursu"nun dinləyiciləri tədris proqramına uyğun olaraq Dövlət Sərhəd Xidmətinin Akademiyasını ziyarət edib.

Tədbir çərçivəsində Dövlət Sərhəd Xidmətinin Akademiyasının rəisi general-mayor Ramin Bağırov dinləyicilərə Dövlət Sərhəd Xidmətinin fəaliyyəti, Sərhəd Qoşunları Akademiyasının tarixi, struktur quruluşu, təlim-tədris prosesi və müasir texnoloji imkanları barədə ətraflı məlumat verilib.

Daha sonra dinləyicilər tədris korpusları, tədris prosesi, idarəetmə sistemləri və maddi-texniki baza ilə tanış olub, sərhəd mühafizəsinin təşkili və kadr hazırlığı sahəsində həyata keçirilən islahatlar barədə məlumatlandırıb.

Ziyarətin sonunda hədiyyə mübadiləsi olub və xatirə şəkilləri çəkilib.








XƏBƏR ARXİVİ

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi