"Strateji araşdırmalar və dövlət müdafiəsi idarəetmə akademik kursu"nun dinləyicilərinə mülki müdafiənin təşkili mövzusunda mühazirə oxunub
Tədris proqramına uyğun olaraq Fövqəladə Hallar Nazirliyinin Mülkü müdafiə işinin təşkili Baş idarəsinin rəisi general-mayor Niyazi Zamanov Milli Müdafiə Universiteti tabeliyində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunun “Strateji araşdırmalar və dövlət müdafiəsi idarəetmə akademik kursu”nun dinləyiciləri ilə görüşüb və onlara "Azərbaycan Respublikasında mülkü müdafiənin təşkili və idarə edilməsi" mövzusunda mühazirə oxuyub.
Mühazirə zamanı o, ölkəmizdə mülki müdafiə sisteminin təşkili, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində həyata keçirilən dövlət tədbirləri, habelə bu istiqamətdə müvafiq orqanların qarşılıqlı fəaliyyətinin təşkili barədə ətraflı məlumat verib.
Məruzəçi, həmçinin fövqəladə hallar zamanı idarəetmənin səmərəliliyinin artırılması, əhalinin və ərazinin mühafizəsi üzrə müasir yanaşmalar, beynəlxalq təcrübənin tətbiqi, eləcə də fövqəladə vəziyyətlərdə strateji səviyyədə qərar qəbuletmə mexanizmləri barədə danışıb.
Tədbir interaktiv müzakirə şəraitində keçib və kurs dinləyicilərini maraqlandıran suallar ətraflı cavablandırılıb.












