AZ | EN

“Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib

Image

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində (AOTTM) “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib.

Zabit və müəllim heyətinin iştirakı ilə keçirilən tədbirdə Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni ifa edilib.

Tədbirdə çıxış edən Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin rəisi polkovnik Nizami Mövlanov gənc zabitləri Müdafiə Nazirliyinin rəhbərliyi adından “leytenant” hərbi rütbəsinə layiq görülmələri münasibətilə təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

Sonra məzunlara sertifikatlar təqdim olunub, kurs birincisi leytenant Rahidə Şahverdiyeva tərəfindən yaş kötüyünə rəmzi emblem vurulub.

Tədbir Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin çıxışları ilə sona çatıb.








XƏBƏR ARXİVİ

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi