AZ | EN

Milli Müdafiə Universitetinin nümayəndə heyəti NATO-nun Müdafiə Kollecini ziyarət edib

Image

Azərbaycan Milli Müdafiə Universitetinin (MMU) rektoru general-mayor Gündüz Əbdülovun rəhbərlik etdiyi nümayəndə heyəti Roma şəhərində yerləşən NATO-nun Müdafiə Kollecini ziyarət edib.

Nümayəndə heyəti Kollecin komandanı general-polkovnik Maks Nielsen və dekanı Suzanne Nielsen ilə görüşüb.

Görüşdə tərəflər arasında səmərəli fikir mübadiləsi aparılaraq kollecin əsas vəzifəsi və rolu, bununla yanaşı tərəfdaşlarla mövcud əməkdaşlığı barədə ətraflı məlumat verilib. Görüş zamanı təhsil və əməkdaşlığın qlobal təhlükəsizlik üçün əhəmiyyəti xüsusi vurğulanıb.

Görüş zamanı general-mayor Gündüz Əbdülov Azərbaycanın NATO-nun etibarlı və fəal tərəfdaşı olaraq qlobal sülh və təhlükəsizliyə verdiyi töhfələri qeyd edib. Universitetin rektoru vurğulayıb ki, hərbi təhsil sahəsində qurulan əməkdaşlıq qarşılıqlı uyarlılığın artırılmasına, institusional potensialın möhkəmləndirilməsinə və müasir tələblərə cavab verən hərbi liderliyin formalaşdırılmasına mühüm töhfə verir.

Daha sonra nümayəndə heyətinə Kollecin dekanı S.Nielsen tərəfindən qurumun əsas fəaliyyətləri barədə geniş təqdimat keçirilib. Həmçinin, hərbi təhsil sahəsində əməkdaşlıq imkanları müzakirə olunub, tərəfləri maraqlandıran suallar cavablandırılıb.

Sonda Milli Müdafiə Universitetinin nümayəndə heyətinə NATO Müdafiə Kollecinin inzibati binası, infrastruktur imkanları və tədris prosesi ilə yaxından tanışlıq həyata keçirilib.









XƏBƏR ARXİVİ

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi