AZ | EN


Türkiyə MMU-nun nümayəndə heyəti ölkəmizdə səfərdədir

Image

Türkiyə Milli Müdafiə Universitetinin (MMU) rektor müavini professor Serdar Salmanın rəhbərliyi ilə qardaş ölkənin nümayəndə heyəti ölkəmizdə səfərdədir.

Türkiyəli qonaqlar əvvəlcə Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət edib, gül dəstələri qoyub, xatirələrinə dərin ehtiram nümayiş etdiriblər.

Daha sonra MMU-nun Hərb Oyunları Mərkəzində keçirilən tədbirdə general-mayor Arif Həsənov çıxış edərək qonaqları MMU-nun rəhbərliyi adından salamlayıb.

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının dostluq, qardaşlıq və müttəfiqlik münasibətləri üzərində qurulduğunu bildirən general-mayor A.Həsənov bu müttəfiqliyin hər iki ölkədə hərbi təhsilin inkişafına verdiyi faydalardan danışıb. Azərbaycan Ordusunda hərbi təhsil sahəsində tətbiq edilən islahatların müsbət nəticələrini diqqətə çatdırıb.

Professor S.Salman isə öz növbəsində göstərilən səmimi münasibətə və qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Təcrübə mübadiləsi məqsədilə qarşılıqlı səfərlərin vacibliyini qeyd edib.

Tədbirdə MMU və tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin yaranma tarixləri, təhsil sistemi və tədris prosesi, eləcə də elmi fəaliyyətləri haqqında brifinq təqdim olunub.

Sonda qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.








XƏBƏR ARXİVİ

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi