AZ | EN

Milli Müdafiə Universitetinin nümayəndə heyəti İtaliyanın Livorno şəhərində yerləşən Hərbi Dəniz Akademiyasını ziyarət edib

Image

Azərbaycan Milli Müdafiə Universitetinin (MMU) rektoru general-mayor Gündüz Əbdülovun rəhbərlik etdiyi nümayəndə heyəti İtaliyanın Livorno şəhərində yerləşən Hərbi Dəniz Akademiyasını ziyarət edib.

Görüş çərçivəsində əvvəlcə nümayəndə heyətinə Akademiyanın fəaliyyəti, tədris strukturu, dəniz zabitlərinin hazırlığı üzrə tətbiq olunan müasir proqramlar və təlim metodikası barədə geniş təqdimat verilib. Akademiyanın rəisi kontr-admiral Alberto Tarabotto rəhbərlik etdiyi kollektivin fəaliyyət istiqamətləri, beynəlxalq hərbi təhsil sahəsində həyata keçirilən layihələr və tərəfdaş ölkələrlə əməkdaşlıq imkanları barədə ətraflı məlumat təqdim edib.

Universitet rektoru, göstərilən səmimi münasibətə görə təşəkkürünü bildirib, iki ölkə arasında hərbi təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsinin intensivləşdirilməsi ilə bağlı məsələləri müzakirə edib.

Daha sonra nümayəndə heyəti Livorno Hərbi Dəniz Akademiyasında təhsil alan Azərbaycanlı kursantlarla görüşüb. Görüş zamanı kursantların tədris prosesi, bilik və bacarıqlarının artırılması istiqamətində yaradılan şərait, sosial-məişət təminatı və onların akademiyadakı fəaliyyətləri barədə geniş fikir mübadiləsi aparılıb. Azərbaycan nümayəndə heyəti kursantların əldə etdikləri uğurları yüksək qiymətləndirib və onlara təhsildə daha böyük nailiyyətlər arzulayıb.

Səfərin sonunda Akademiyanın inzibati binası, tədris korpusları, simulyator otaqları və hərbi-idman infrastrukturu ilə tanışlıq həyata keçirilib.








XƏBƏR ARXİVİ

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi