AZ | EN


MMU-da Gürcüstan nümayəndə heyəti ilə görüş keçirilib

Image

Noyabrın 24-də Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunda Gürcüstan Müdafiə Nazirliyinin "Müdafiə İnstitutlarının Qurulması Məktəbi"nin (DİBS) rəhbər heyəti ilə görüş keçirilib.

Görüşün məqsədi Azərbaycan və Gürcüstan respublikaları Müdafiə nazirlikləri arasındakı "Müdafiə və Təhlükəsizlik üzrə Strateji Proqram" çərçivəsində təhsil üzrə ekspertlərlə görüşmək, həmçinin Azərbaycanın təhlükəsizlik, müdafiə siyasəti ilə tanış olmaq olub.

Nümayəndə heyətinə təqdim olunan brifinqdə İnstitutun yaranma tarixi, missiyası, tədris strukturu, tədris proqramları və təhsil istiqamətləri barədə ətraflı məlumat verilib, eləcə də qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Daha sonra nümayəndələrin tədris imkanlarını yaxından tanıması üçün təhsil gəzintisi təşkil olunub və Azərbaycan Ordusunda hərbi təhsil sahəsində aparılan islahatlar və tətbiq olunan yeniliklər barədə məlumat çatdırılıb.

Sonda tərəflər arasında qarşılıqlı hədiyyələr təqdim edilib.








XƏBƏR ARXİVİ

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi