Milli Müdafiə Universitetinin nümayəndə heyəti Litvanın Vilnüs şəhərində yerləşən Hərbi Akademiyasını ziyarət edib
Azərbaycan Respublikası və Litva Respublikası Müdafiə Nazirlikləri arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına əsasən hərbi təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə Hərbi İdarəetmə İnstitutunun rektoru polkovnik Elnur Ələsgərlinin rəhbərliyi ilə Milli Müdafiə Universitetinin nümayəndə heyəti Litvanın General Yonas Zemaitis adına Hərbi Akademiyasını ziyarət edib.
Səfər zamanı akademiyanın rəisi polkovnik Riçardas Dumbliauskas ilə hər iki universitet arasında elmi və təhsil sahəsində əməkdaşlığın müxtəlif aspektləri üzrə müzakirələr aparılıb, tərəflərin təhsil müəssisələri barədə ətraflı məlumatlar təqdim edilib və perspektiv əməkdaşlıq imkanları müzakirə olunub.
Nümayəndə heyəti daha sonra akademiyanın tabeliyində fəaliyyət göstərən elmi mərkəz, akademik təhsil mərkəzi və xarici dil mərkəzində görüşlər keçirib, bu qurumların fəaliyyət istiqamətləri və tədris imkanları barədə ətraflı məlumat əldə edib.
Səfərin yekununda 2026-cı il üçün ikitərəfli əməkdaşlıq Planına daxil edilməsi nəzərdə tutulan təhsil sahəsində tədbirlər üzrə ilkin razılaşmalar əldə edilib.











