AZ | EN

Milli Müdafiə Universitetinin nümayəndə heyəti Türkiyə Respublikasına səfər edib

Image

25 noyabr 2025-ci il tarixində Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Bakı və Naxçıvan Hərbi Kolleclərinin rəisləri - polkovnik İntiqam Mirzəyev və polkovnik Yaşar Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasına səfər edib.

Səfər proqramı çərçivəsində nümayəndə heyəti İzmir şəhərində yerləşən Hava Qoşunları Gizirlər Məktəbini (Hava Astsubay Meslek Yüksekokulu) ziyarət edib.

Görüş zamanı hərbi təhsil sahəsində təcrübə mübadiləsi aparılıb, əməkdaşlıq imkanlarının genişləndirilməsi, və təhsil proqramlarının təkmilləşdirilməsi istiqamətində müzakirələr aparılıb.

Nümayəndə heyəti kursantların təlim prosesi, məktəbin maddi-texniki bazası, sosial və mədəni mühiti ilə yaxından tanış olub. Bununla yanaşı, təhsil müəssisəsində təhsil alan azərbaycanlı kursantlarla da görüş keçirilib, onların akademik fəaliyyəti və gündəlik həyatı barədə məlumat əldə olunub. Sonda tərəflər arasında qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub, mövcud əməkdaşlığın inkişafı və yeni istiqamətlər üzrə perspektivlər müəyyənləşdirilib.








XƏBƏR ARXİVİ

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi