AZ | EN


Milli Müdafiə Universitetinin nümayəndə heyətinin Türkiyə Respublikasında səfəri davam edir

Image

Səfər proqramı çərçivəsində Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Bakı və Naxçıvan Hərbi Kolleclərinin rəisləri-polkovnik İntiqam Mirzəyev və polkovnik Yaşar Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti Balıkesir şəhərində yerləşən Quru Qoşunları Gizirlər Məktəbini (Kara Astsubay Meslek Yüksekokulu) ziyarət edib.

Ziyarət zamanı qardaş ölkənin gizirlər məktəbində formalaşmış zəngin təcrübədən faydalanmaq, bu sahədə əməkdaşlığı daha da inkişaf etdirmək, mövcud əlaqələri genişləndirmək və gələcək inkişaf perspektivlərini müzakirə etmək məqsədilə görüşlər keçirilib. Eyni zamanda tədris müəssisəsinin təlim-tədris mühiti, laboratoriya və praktiki məşğələ imkanları ilə tanışlıq olub.

Sözügedən təhsil müəssisəsində təhsil alan azərbaycanlı kursantlarla görüş keçirilib, onların akademik və təhsil şəraiti ilə bağlı məlumat əldə olunub.








XƏBƏR ARXİVİ

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi