AZ | EN

DEEP proqramı çərçivəsində “Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramının (DEEP) müdafiə və təhlükəsizlik sektorunda həyata keçirilən islahatlara töhfəsi” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

Image

Konfrans NATO-nun DEEP proqramının dəstəyi ilə Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda keçirilib. Konfransda Bosniya və Herseqovina, Monqolustan, Gürcüstan, Ukrayna və Qazaxıstan kimi tərəfdaş ölkələrin nümayəndələri, NATO Əlaqələndirici Ofisinin təmsilçiləri, Türkiyə Milli Müdafiə Universitetinin nümayəndələri, Oklahoma Milli Qvardiyasının təmsilçiləri, Bolqarıstanın Hərbi Dəniz Qüvvələri Məktəbinin nümayəndələri ABŞ-ın Azərbaycandakı Hərbi Qrupunun nümayəndələri və NATO DEEP proqramının üzvləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin institutun ərazisindəki abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb.

Hərbi institutun klubunda keçirilən konfransın açılış nitqini söyləyən Milli Müdafiə Universitetinin (MMU) rektoru general-mayor Gündüz Əbdülov tədbir iştirakçılarını salamlayaraq 1994-cü ildə Ulu Öndər siyasi iradəsi ilə başladılan və Azərbaycan Respublikasının cənab Ali Baş Komandanın rəhbərliyində inkişaf etdirilən Azərbaycan - NATO münasibətlərindən danışıb, DEEP proqramı çərçivəsində əməkdaşlığımızın tarixinə toxunaraq son 26 il ərzində Azərbaycan Ordusunun hərbi təhsil sahəsində aparılan islahatlarından və DEEP-in bu islahatların həyata keçirilməsindəki rolundan bəhs edib. MMU rektoru, həmçinin Azərbaycan və NATO arasında hərbi təhsil sisteminin və DEEP çərçivəsində qurulan əməkdaşlıqların cari vəziyyəti ilə bağlı qonaqları məlumatlandırıb.

Konfransın davamında moderatorların da iştirakı ilə “Müasir hərbi təhsil proqramları”, “Hərbi təbabət üzrə araşdırmalar”, “Hərbi qabiliyyətlərin inkişaf etdirilməsi üçün ILIAS və e-portallardan istifadə”, “Hərbi dil təlim-tədrisinin perekvizitləri, metodları və üsulları” və “Müasir hərbi fakültələrin formalaşdırılması və bacarıqlar” mövzularında görüşlər keçirilib.

Sonda beynəlxalq elmi konfransın yekununa dair təhlillər dinlənilib, qarşılıqlı fəaliyyət planının istiqamətləri barədə müzakirələr aparılıb.








XƏBƏR ARXİVİ

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi