AZ | EN

MMU-da “Konstitusiya və Suverenlik ili” ilə əlaqədar tədbirlər davam edir

Image

Azərbaycan Respublikasının Prezidentinin 11 fevral 2025-ci il tarixli “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncamının icrası ilə əlaqədar olaraq Milli Müdafiə Universitetitinin tabeliyində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunda Hüquq və İnsan Haqları İnstitutu tərəfindən nəşr olunmuş “Suverenliyin zəfər yolu: reallaşan ideyalar, hüquqi əsaslar və siyasi paralellər” adlı kitabın təqdimatı keçirilib.

Təqdimatı giriş sözü ilə açan Milli Müdafiə Universitetinin Hərbi təhsilin təşviqi şöbəsinin rəisi polkovnik-leytenant Xəyal Cumayəddinov iştirakçıları salamlayıb və tədbirin keçirilməsində məqsədin kitabın əhəmiyyətini oxuculara çatdırmaq olduğunu bildirib. O, kitabın müəllifinin zəhmətini yüksək qiymətləndirirək onun həm elmi, həm də maarifləndirici baxımdan dəyərli olduğunu vurğulayıb.

Daha sonra kitab haqqında daha ətraflı məlumat verilməsi üçün çıxış edən kitabın müəllifi, Hüquq və İnsan Haqları İnstitutu İdarə Heyətinin sədrinin müavini, hüquq üzrə fəlsəfə doktoru Vəfaddin İbayev çıxış edərək kitab haqqında ətraflı məlumat verib və müasir Azərbaycan tarixində ən böyük qələbə - dövlət suverenliyinin bərpasını şərtləndirən 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Respublikasının Prezidentinin xalqa müraciətləri, çıxışları və müsahibələrinin üç istiqamətdə təhlilinə həsr olunduğunu vurğulayıb.

Sonda müəllif tərəfindən yazılmış kitablar Milli Müdafiə Universitetinə hədiyyə edilib və xatirə şəkilləri çəkilib.








XƏBƏR ARXİVİ

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi