AZ | EN


Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının ikinci rəisi Milli Müdafiə Universitetini ziyarət edib

Image

17-ci Azərbaycan–Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası çərçivəsində ölkəmizdə səfərdə olan Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının ikinci rəisi, ordu generalı Levent Ergünün rəhbərlik etdiyi nümayəndə heyəti Milli Müdafiə Universitetində (MMU) olub.

MMU-da keçirilən görüşdə Universitetin rektoru general-mayor Gündüz Əbdülov qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnunluğunu ifadə edib.

Görüş zamanı general-mayor G.Əbdülov Azərbaycan Ordusunun hərbi təhsil sistemi barədə ümumi məlumat verib, son illərdə bu sahədə həyata keçirilən islahatlar, tələbə qəbulu üzrə əldə olunan yüksək nəticələr, eləcə də perspektivdə nəzərdə tutulan planlar haqqında təqdimatla çıxış edib. O, həmçinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanının hərbi təhsil sisteminin inkişafına göstərdiyi xüsusi diqqət və qayğını vurğulayıb.

Daha sonra çıxış edən ordu generalı Levent Ergün səmimi qonaqpərvərliyə görə təşəkkürünü bildirib, keçirilən görüş və müzakirələrin hər iki ölkə arasında hərbi təhsil sahəsində formalaşmış əməkdaşlığın daha da dərinləşdirilməsi üçün yeni imkanlar yaratdığını qeyd edib. O, Azərbaycan və Türkiyə arasında mövcud olan strateji müttəfiqliyin hərbi təhsil müstəvisində də uğurla davam etdiyini vurğulayaraq, qarşılıqlı təcrübə mübadiləsinin, birgə təlim proqramlarının və kadr hazırlığı istiqamətində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.

Sonda ordu generalı Levent Ergün MMU-nun xatirə kitabına səmimi fikirlərini yazıb.








XƏBƏR ARXİVİ

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi