AZ | EN


“Strateji Araşdırmalar və Dövlət Müdafiəsi” İdarəetmə Akademik Kursunun 28-ci buraxılış mərasimi keçirilib

Image

Milli Müdafiə Universitetinin tabeliyində olan Hərbi İdarəetmə İnstitutunda təşkil edilən “Strateji Araşdırmalar və Dövlət Müdafiəsi” İdarəetmə Akademik Kursunun 28-ci buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib.

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə keçirilən mərasim Ulu Öndər Heydər Əliyevin adına Muzeyin ziyarəti və büstü önünə gül dəstələrinin düzülməsi ilə başlayıb.

Ardınca Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni hərbi orkestrin ifasında səsləndirilib.

Sonra Hərbi İdarəetmə İnstitutunun rektoru polkovnik Elnur Ələsgərli giriş nitqində kursun yaranma tarixi, məqsədləri və bu xüsusda beynəlxalq təcrübənin də nəzər alınması ilə bağlı ətraflı məlumat verib. Kursun fəaliyyəti haqqında qısametrajlı film nümayiş etdirilib.

Daha sonra məzunlar adından Azərbaycan Müdafiə Nazirliyinin zabiti polkovnik Elçin Zeynallı, Türkiyə Milli Müdafiə Nazirliyinin nümayəndəsi Tuncay Ayhan və Elm və Təhsil Nazirliyinin əməkdaşı Qeyrət Şirəliyev kurs çərçivəsində əldə etdikləri bilik və təcrübələrin peşəkar fəaliyyətlərinə verəcəyi töhfələr barədə çıxış ediblər.

Yekun nitqlə çıxış edən Milli Müdafiə Universitetinin rektoru general-mayor Gündüz Əbdülov kursun milli təhlükəsizlik və dövlət müdafiəsinin idarə edilməsi sahəsində strateji düşüncəyə malik kadrların hazırlanmasında mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Bildirib ki, 28 il bundan öncə Ümummilli Lider Heydər Əliyev milli müdafiə sisteminin inkişafına böyük töhfə verən bu kursu təsis edərkən, onu təkcə bilik ötürən tədris proqramı kimi deyil, həm də strateji dövlətçilik düşüncəsini formalaşdıran, eyni zamanda hərbi tərəfdaşlıq sahəsində akademik platforma kimi nəzərdə tutmuşdur. Rektor qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında qurulan yeni təhlükəsizlik arxitekturası peşəkar və analitik düşüncəli insan kapitalı tələb edir və məhz kurs məzunları bu prosesdə xüsusi rol alacaqlar.

Tədbir çərçivəsində məzunlara təhsil haqqında sənədlər təqdim olunub. 28-ci buraxılışda Azərbaycanla yanaşı, Türkiyə və Pakistan silahlı qüvvələrinin nümayəndələrinin də məzun olması üç qardaş ölkə arasında hərbi-strateji əməkdaşlığın daha da möhkəmləndirilməsinin göstəricisi kimi dəyərləndirilib.

Mərasim Azərbaycan, Türkiyə və Pakistanın milli musiqilərinin hərbi orkestrin ifasında səsləndirilməsi ilə yekunlaşıb.








XƏBƏR ARXİVİ

«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi