AZ | EN


Naxçıvan Hərbi Kollecində ingilis dili kursunun buraxılış mərasimi keçirilib

Image

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecində intensiv ingilis dili kursunun buraxılış mərasimi keçirilib.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə Naxçıvan Hərbi Kollecinin rəisi polkovnik Yaşar Hüseynov çıxış edərək kursu müvəffəqiyyətlə bitirən hərbi qulluqçuları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Daha sonra kursun müəllimi və kurs birincisi çıxış edərək kursla bağlı təəssüratlarını bölüşüblər.

Sonda kursu bitirənlərə sertifikatlar təqdim olunub və xatirə şəkli çəkdirilib.








XƏBƏR ARXİVİ

«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi