AZ | EN


Rabitə ixtisaslı zabitlərlə təlim-metodiki toplanış keçirilib

Image

2026-cı ilin hazırlıq planına əsasən Azərbaycan Ordusunun qoşun (qüvvə) növləri, Əlahiddə Ümumqoşun Ordu, birlik, birləşmə və hərbi hissələrinin, eləcə də Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinin rabitə ixtisaslı zabitləri ilə təlim-metodiki toplanış keçirilib.

Toplanış zamanı rabitə ixtisaslı zabitlərin əməliyyat və ixtisas hazırlığı üzrə metodiki və nəzəri bilikləri təkmilləşdirilib, praktiki bacarıqları inkişaf etdirilib. İştirakçılara ordumuzun rabitə və informasiya texnologiyaları sisteminə inteqrasiya edilən yeni sistem və vasitələri barədə məlumat verilib, onların döyüş imkanları praktiki olaraq nümayiş olunub.


Tədbirdə Azərkosmosun fəaliyyət istiqamətləri, həmçinin ölkəmizdəki qabaqcıl şirkətlərin istehsal etdiyi yeni texnologiyalar və onların döyüş imkanları barədə təqdimatlar verilib.








XƏBƏR ARXİVİ

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi