AZ | EN


MMU-nun komandası Bakı Marafonunda iştirak edib

Image

Mayın 3-də Bakı şəhərində “Küləyə qalib gəl” şüarı altında “Bakı Marafonu - 2026” keçirilib.
İdmanın inkişafına dəstək göstərmək və sağlam həyat tərzini təbliğ etmək məqsədilə keçirilən marafonda peşəkar və həvəskar idmançılar, tanınmış ictimai-siyasi xadimlərlə yanaşı, Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutdan 40 nəfərdən ibarət heyət də iştirak edib.
Marafonun start nöqtəsi Dövlət Bayrağı Meydanı, finiş nöqtəsi isə "Sea Breeze" ərazisi olub. MMU-nun komandası 42 kilometrlik məsafəni inamla və əzmlə qət edərək yarışa xüsusi ruh və intizam qatıb.
Tədbir boyunca gənc hərbçilər öz fiziki hazırlıqları və vətənpərvərlik ruhları ilə diqqət çəkib. Marafona qatılmaqla onlar cəmiyyətə sağlam həyat tərzinin, mütəmadi idmanın və vətəndaş həmrəyliyinin vacibliyini bir daha nümayiş etdiriblər.








XƏBƏR ARXİVİ

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi