AZ | EN


Şagirdlər Heydər Əliyev adına Hərbi İnstitutu ziyarət ediblər

Image

Bakı şəhəri Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Abil Səfərov adına 114 nömrəli tam orta məktəbinin şagirdləri maarifləndirici ekskursiya çərçivəsində Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutu ziyarət ediblər.
Ekskursiyanın əsas məqsədi şagirdləri hərbi təhsil mühiti ilə yaxından tanış etmək, onlarda hərbi peşəyə marağı artırmaq və vətənpərvərlik ruhunu gücləndirmək olub.
Ziyarət zamanı şagirdlər institutun tədris prosesi, kursantların gündəlik həyat tərzi və hazırlıq mərhələləri haqqında ətraflı məlumat əldə ediblər. Şagirdlər müasir tədris auditoriyalarını, idman zallarını, yeməkxananı və yataqxananı gəzərək kursantların yaşayış və təlim şəraitini yerində müşahidə ediblər. Bununla yanaşı, onlar Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən muzeyi ziyarət edərək zəngin tarixi irsimizlə daha yaxından tanış olublar.
Bu cür ekskursiyalar şagirdlərin dünyagörüşünün formalaşmasına, onların gələcək peşə seçimində daha şüurlu qərarlar verməsinə mühüm təsir göstərir. Eyni zamanda, gənclərdə vətənə bağlılıq hissinin möhkəmlənməsinə, milli-mənəvi dəyərlərə hörmətin artmasına və hərbi xidmətə marağın yüksəlməsinə töhfə verir.








XƏBƏR ARXİVİ

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi