Xüsusi təyinatlı təhsil müəssisələrində "Narkomaniyaya və kibercinayətkarlığa qarşı mübarizə" mövzusunda maarifləndirici dərslər keçirilib
Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrində şəxsi heyət üçün narkomaniyaya qarşı mübarizə və kibercinayətkarlığın qarşısının alınması mövzularında maarifləndirici dərslər təşkil olunub.
Dərslər Polis Akademiyasının müəllimi polis polkovnik-leytenantı Natiq Hüseynov tərəfindən keçirilib.
Dərslərin əsas məqsədi şəxsi heyətin narkotik vasitələrin zərərli təsirləri, kibertəhlükələr və rəqəmsal təhlükəsizlik qaydaları barədə məlumatlandırılması, hüquqi bilik və təhlükəsizlik mədəniyyətinin artırılması olub. Tədbir çərçivəsində narkomaniyanın sosial fəsadları, şəxsi məlumatların qorunması və kibercinayətkarlıqdan müdafiə yolları barədə ətraflı məlumat verilib.
Bu cür maarifləndirici tədbirlər gənclərin sağlam həyat tərzinə təşviq edilməsinə, hüquqpozmalara qarşı həssaslığın artırılmasına və məsuliyyətli kadrların formalaşdırılmasına mühüm töhfə verir.









