AZ | EN


Azərbaycan və Türkiyə Milli Müdafiə Universitetlərinin birgə təşkilatçılığı ilə “Gələcəyin müharibələri”, “Əsgər və lider” adlı elmi-praktik Panel müzakirələri keçirilmişdir

Image

Azərbaycan və Türkiyə Milli Müdafiə Universitetlərinin birgə təşkilatçılığı ilə “Gələcəyin müharibələri”, “Əsgər və lider” adlı elmi-praktik Panel müzakirələri keçirilmişdir.
Azərbaycan–Türkiyə 17-ci Yüksək Səviyyəli Dialoq İclasının Protokoluna uyğun olaraq, iki qardaş ölkənin Milli Müdafiə Universitetlərinin heyətlərinin, professor-müəllim heyətinin, həmçinin Universitetin tabeliyində fəaliyyət göstərən bütün təhsil səviyyələri üzrə təhsil müəssisələrinin dinləyici və kursantlarının iştirakı ilə keçirilən panellərdə hərbi təhsil, müasir təhlükəsizlik çağırışları, gələcəyin müharibələrinin çoxaspektli xarakteri, yeni texnologiyalar və süni intellektin hərbi idarəetmədə rolu, əsgər və liderlik məsələləri, eləcə də hərbi-sosioloji aspektlər üzrə geniş fikir mübadiləsi aparılmışdır.
Panellər hərbi təhsil əməkdaşlığı üzrə təcrübə mübadiləsi və peşəkar hərbi kadr hazırlığının təkmilləşdirilməsi baxımından əhəmiyyətli platforma kimi yüksək qiymətləndirilmişdir.








XƏBƏR ARXİVİ

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi