AZ | EN


Hərbi Kollecdə “Zəfərdən Suverenliyə” adlı tədbir keçirilib

Image

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecində “Beynəlxalq Sülh Günü” münasibətilə keçirilən “Sülh Aylığı” çərçivəsində 20 Sentyabr - Dövlət Suverenliyi Gününə həsr olunmuş “Zəfərdən Suverenliyə” adlı tədbir keçirilib.
Tədbirdə əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər 20 Sentyabr - Dövlət Suverenliyi Gününün tarixi əhəmiyyətindən, Azərbaycanın əldə etdiyi Zəfərin ölkəmizin tam suverenliyinin təmin olunmasındakı rolundan bəhs ediblər. Bildirilib ki, bu tarixi nailiyyət xalqımızın milli birliyinin, dövlətimizin qüdrətinin və Azərbaycan Ordusunun yüksək peşəkarlığının parlaq təcəssümüdür.
Sonda tədbirlə əlaqədar videoçarx nümayiş etdirilib.







XƏBƏR ARXİVİ

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi