Heydər Əliyev adına Hərbi İnstitutun şəxsi heyəti Zəfər Muzeyini ziyarət edib
Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutun şəxsi heyəti Zəfər Muzeyini və Qənimətlər Parkını ziyarət edib.
Ziyarət zamanı Vətən müharibəsində qazanılmış tarixi Şanlı Zəfərin əhəmiyyətini əks etdirən materiallarla tanışlıq olub, memorial və ekspozisiya komplekslərinə baxış keçirilib.
Daha sonra Qənimətlər Parkında Vətən müharibəsi zamanı məhv edilmiş düşmənə məxsus hərbi texnika və silahlar nümayiş etdirilib.
Ziyarətin sonunda şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, onların Vətən uğrunda göstərdikləri qəhrəmanlıq və fədakarlıq bir daha xatırlanıb.

















