Strateji kursun birinci modulu başa çatıb
Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunda keçirilən “Strateji araşdırmalar və dövlət müdafiəsi idarəetmə akademik kursu”nun (SADMİAK) birinci modulu oktyabrın 23-də başa çatıb.
Modul çərçivəsində qlobal və milli təhlükəsizlik, milli maraqlar, beynəlxalq münasibətlər və xarici siyasət mövzularında mühazirələr təşkil olunub. Dinləyicilər, həmçinin 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində (ADEX 2026) və Xarici İşlər Nazirliyində olublar, keçirilən brifinqlərdə iştirak ediblər.
Sentyabrın 15-də başlayan kursda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və digər dövlət qurumlarının nümayəndələri, eləcə də Türkiyə, Pakistan və Qazaxıstandan olan dinləyicilər iştirak edirlər.
Beş moduldan ibarət kursun 12 fevral 2027-ci il tarixində başa çatması nəzərdə tutulur.
















