Heydər Əliyev adına Hərbi İnstitutda Zəfər Gününə həsr olunan debat tədbiri keçirilib.
Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutun Xarici dillər kafedrasının təşkilatçılığı ilə professor-müəllim heyətinin və kursantların iştirakı ilə “The Victory Debate: Remembering Heroes, Inspiring Minds” adlı tədbir keçirilib.
Debatda III kurs kursantları maraqlı və gərgin bir sual ətrafında fikir mübarizəsinə qoşulublar: “Müharibə döyüş meydanında qazanılır, yoxsa döyüşlər başlamazdan əvvəl?” Yekunda öz kəskin arqumentləri ilə seçilən “Verbal Caliber 3.53 mm” komandası qalibiyyət əldə edib.
Tədbirin davamında hazırlıq kursunun kursantları xarici dil biliklərini və yaradıcılıq bacarıqlarını nümayiş etdirərək hazırladıqları səhnəcik və musiqi nömrələri ilə proqrama xüsusi rəng qatıblar.

















