AZ | EN


MMU-da keçirilən Respublika Elmi-Praktik Konfrans başa çatıb

Image

Milli Müdafiə Universitetinin (MMU) təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Müdafiə və milli təhlükəsizliyin aktual problemləri” mövzusunda Respublika Elmi-Praktik Konfrans öz işini başa çatdırıb.

Konfransda müxtəlif dövlət qurumlarının, hərbi və mülki təhsil müəssisələrinin nümayəndələri, professorlar və mütəxəssislər iştirak ediblər.

Tədbir çərçivəsində müdafiə və milli təhlükəsizlik sahəsində aktual məsələlər, müasir hərb elminin inkişaf perspektivləri və qurumlararası əməkdaşlıq imkanları ətrafında müzakirələr aparılıb. Seksiyalar üzrə keçirilən iclaslarda müvafiq istiqamətlər üzrə elmi məruzələr dinlənilib və fikir mübadiləsi aparılıb.

Konfransın sonunda iştirakçılara sertifikatlar təqdim olunub.








XƏBƏR ARXİVİ

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi