MMU-nun nümayəndələri beynəlxalq hərbi-elmi konfransda iştirak ediblər
Belarusun Minsk şəhərində VIII Beynəlxalq hərbi-elmi konfrans keçirilib.
Müxtəlif ölkələrin tanınmış alimlərinin, hərbi və elmi qurumlarının nümayəndələrinin iştirak etdiyi konfransda Azərbaycanı ölkəmizin Belarusdakı hərbi attaşesi polkovnik Aydın Rəhimov və Milli Müdafiə Universitetinin nümayəndəsi, tarix üzrə fəlsəfə doktoru Yəhya Babanlı təmsil ediblər. Bununla yanaşı, Hərbi Elmi-Tədqiqat İnstitutunun professorları Nurulla Əliyev və Ziyafət Həbibova konfransda onlayn formatda iştirak ediblər.
Konfransda hərbi elm və müdafiə texnologiyalarının inkişafı, süni intellektin hərbi sahədə tətbiqi, pilotsuz uçuş aparatları və müasir döyüş əməliyyatlarının modelləşdirilməsi məsələləri müzakirə olunub. Həmçinin iştirakçılar Belarusun hərbi və elmi müəssisələrinin nailiyyətləri ilə də tanış olublar.











