AZ | EN

Milli Müdafiə Universitetində zabit heyətinin təkmilləşdirmə kursunun 70-ci buraxılış mərasimi keçirilib - VİDEO

Image

Azərbaycanda ordu quruculuğu prosesi İkinci Qarabağ müharibəsində qazanılan tarixi Zəfərdən sonra uğurla davam etdirilir. Milli Müdafiə Universitetinin (MMU) yaradılması ilə bu prosesin elmi-nəzəri şəbəkəsi genişləndirilmişdir.
Azərbaycan Ordusunun Təlim-Tədris mərkəzində MMU-da zabit heyətinin təkmilləşdirmə kursunun 70-ci buraxılış mərasimi keçirilib.
Mərasimdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, eləcə də Azərbaycanın dövlət müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxış edən MMU rektorunun elm üzrə müavini - Hərbi Elmi Tədqiqat İnstitutunun rektoru general-mayor Arif Həsənov MMU-nun fəaliyyətindən, hərbi tədris prosesindən, bu istiqamətdə həyata keçirilən yeniliklərdən, zabit heyətinin təkmilləşdirmə kurslarının ordu quruculuğunda səmərəsindən danışıb, məzun olanları kursu müvəffəqiyyətlə başa vurmaları münasibətilə təbrik edib.
Daha sonra kursu fərqlənmə ilə bitirən kapitan Müşfiq Rəhimli çıxış edərək belə kursların ordu quruculuğunda əhəmiyyətindən söz açıb, bu kursda əldə olunan yeni elmi biliklərin qoşunlarda döyüş hazırlığı prosesində uğurla tətbiq ediləcəyini bildirib.
Sonra kursu fərqlənmə ilə bitirənlərə fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.
Yekunda zabitlərə sertifikatlar təqdim olunub, kurs birincisi tərəfindən yaş kötüyünə rəmzi emblem vurulub.









XƏBƏR ARXİVİ

«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi