Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü ildönümü qeyd olunub

Ulu Öndər Heydər Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Liseyin məzunları, şəhid ailələri və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə İdeoloji İş və Mənəvi-Psixoloji Təminat idarəsinin rəisi polkovnik Elşad Əbilov Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun təbrik məktubunu şəxsi heyətə çatdırılıb.
Tədbirdə çıxış edənlər Hərbi Liseyin yaradılması, keçdiyi inkişaf yolu, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuzun ərazi bütövlüyümüzün bərpa olunmasında apardığı uğurlu döyüş əməliyyatlarından, qazanılan tarixi qələbələrdən, bu şanlı qələbələrin qazanılmasında Hərbi Liseyi müxtəlif illərdə bitirmiş məzunların göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən danışıblar.
Sonra hərbi təhsil müəssisəsində yaradılan təlim-tədris və məişət səraiti ilə bağlı videoçarx təqdim olunub. Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin və Hərbi Liseyin yaradıcı kollektivinin iştirakı ilə vətənpərvərliyi tərənnüm edən mahnılar ifa edilib, bədii kompozisiyalar göstərilib.