AZ | EN

Cəmşid Naxçıvanski adına Hərbi Liseyde intellektual bilik yarışması-viktorina keçirilib

Image

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Liseyin yaradılmasının 54-cü ildönümünə həsr edilmiş intellektual bilik yarışması-viktorina keçirilmişdir.

Viktorinanın məqsədi kursantların intellektual bilik səviyyələrinin yüksəldilməsi, komandada işləmək bacarıqlarının artırılması, liderlik qabiliyyətlərinin inkişaf etdirilməsi olmuşdur. 

Viktorinada Hərbi Liseyin kursantlarından ibarət "Ağdam", "Füzuli" və "Laçın" komandaları Tarix və Coğrafiya fənləri üzrə sualları cavablandırmışlar. 

Gərgin mübarizə şəraitində keçən viktorina münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilmişdir. Komandalar arasında "Ağdam" komandası daha fəal iştirak edərək viktorinanın qalibi olmuşdur. 

Sonda qalib komanda və viktorinanın fəalları Hərbi Liseyin rəhbərliyi tərəfindən qiymətli hədiyyə və fəxri fərmanla təltif edilmişlər.










XƏBƏR ARXİVİ

«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi