AZ | EN

Akademik Zərifə Əliyevanın anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Image

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrində Azərbaycan tibb elminin görkəmli nümayəndəsi, tanınmış oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 102-ci ildönümü münasibətilə anım tədbirləri keçirilib.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirlərdə çıxış edənlər Zərifə Əliyevanın yüksək insani keyfiyyətlərindən, elmi nailiyyətlərindən və oftalmologiya sahəsindəki mühüm xidmətlərindən bəhs edib, onun elmi irsinin bu gün də həkimlər və tədqiqatçılar üçün dəyərli mənbə olmasını bildirmişlər.

Tədbirlər çərçivəsində Zərifə xanımın həyat və yaradıcılığından bəhs edən filmlər nümayiş olunub, onun elmi əsərləri, fotoşəkilləri və həyatından bəhs edən sənədlər sərgilənib.










XƏBƏR ARXİVİ

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi