İDMAN- FİZİKİ HAZIRLIQ

ORDUMUZUN QÜVVƏSİ, GƏNCLƏRİMİZİN UĞURU! FƏRQLİLİK, GÜC VƏ NAİLİYYƏT ÜÇÜN BİRLİKDƏ!

MÜDAFİƏ NAZİRLİYİ

Hərbi təhsil müddətində kursantların mənəvi-psixoloji eləcə də fiziki sağlamlığının daim yüksək olması üçün günün nizam qaydasına uyğun olaraq idman fəaliyyətləri təşkil olunur. Müasir idman alətləri ilə təchiz olunan idman şəhərcikləri, futbol və voleybol meydançaları kursantlara yüksək fiziki hazırlığa nail olmağa imkan yaradır.

MÜDAFİƏ NAZİRLİYİ

Müşayətçilər və idman instruktorları tərəfİndən təyin edilən bu təlimlər, hər bir tələbənİn fiziki və məntiqi qabiliyyətlərini nəzərə alaraq fərqlilik göstərir. Bu planlar, hər tələbənin spesifik ehtiyaclarını və məqsədlərini qarşılaya biləcək şəkildə adaptasiya edilir.

MÜDAFİƏ NAZİRLİYİ

Burada təşkil olunan idman növləri kursantların sürətli düşünmə, çevik qərarqəbuletmə, sağlam həyat tərzi və komando kimi formalaşmasına zəmin yaradır və intellektual və taktiki bacarıqlarını inkişaf etdirir. Təcrübəli mütəxəssislərin rəhbərliyi altında Kollecdlərdə cüdo, güləş, voyebol, futbol, taykvando, şahmat, əlbəyaxa döyüş kimi idman növlərinə daha çox üstünlük verilir.