AZ | EN


Milli Müdafiə Universitetinin rektoru Qazaxıstanın yeni hərbi attaşesi ilə Universitetdə görüş keçirmişdir

Image

Milli Müdafiə Universitetinin rektoru, general-mayor Gündüz Əbdülov 30 aprel tarixində Qazaxıstan Respublikasının Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşesi polkovnik Salauat Xayruşev ilə Universitetdə görüş keçirmişdir.
Görüş zamanı tərəflər arasında hərbi təhsil sahəsində mövcud əməkdaşlığın cari vəziyyəti ətraflı müzakirə edilmiş, bu istiqamətdə əldə olunmuş nəticələr yüksək qiymətləndirilmişdir. Bununla yanaşı, qarşılıqlı maraq doğuran məsələlər, gələcək əməkdaşlıq perspektivləri və birgə təşəbbüslərin həyata keçirilməsi imkanları üzrə geniş fikir mübadiləsi aparılmışdır.
Müzakirələr çərçivəsində hərbi təhsil müəssisələri arasında təcrübə mübadiləsinin genişləndirilməsi, birgə təlim və kursların təşkili, elmi-tədqiqat fəaliyyətində əməkdaşlığın gücləndirilməsi kimi prioritet istiqamətlər xüsusi olaraq qeyd edilmişdir.






XƏBƏR ARXİVİ

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi